Müharibədən sonra Ukrayna iqtisadiyyatının bərpası üçün 411 milyard dollar vəsait lazımdır. Bu da ölkə üzrə 2022-ci ildə gözlənilən ÜDM-dən 2,6 dəfə çoxdur.
"Margin.az" xəbər verir ki, bu barədə Dünya Bankının məlumatında deyilir.
- Ukrayna iqtisadiyyatı nə qədər kiçilib?
-
Dünya Bankı: "Ukraynanın bərpasına çəkilən xərclər 350 mlrd. dolları ötəcək"
Məlumata görə, məbləğ ötən ilin sentyabrında açıqlanan 349 milyard dollarlıq proqnozla müqayisədə kəskin artıb. Bu dövrdə ən çox ziyan enerji sektoruna dəyib. Belə ki, ölkənin enerji sektoruna dəyən zərər 2022-ci ilin iyun ayı ilə müqayisədə 5 dəfədən çox artıb.