Ukraynada xarici investisiyalara nəzarət bürosu yaradılıb

Biznesin Müdafiəsi Bürosu xarici investisiyaların Ukraynaya daxil olması üçün daha əlverişli şərait yaradacaq.
Ukraynada xarici investisiyalara nəzarət bürosu yaradılıb
11 Oktyabr-10:32

Ukrayna Daxili İşlər Nazirliyinin nəzdində Biznesin Müdafiəsi Bürosu yaradılıb.

"Margin.az" xəbər verir ki, ölkənin daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin "RBK-Ukrayna" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu büroda hüquq-mühafizə orqanlarının nümayəndələri mümkün sui-istifadə hallarının qarşısını alacaqlar. Biznesin Müdafiəsi Bürosu xarici investisiyaların Ukraynaya daxil olması üçün daha əlverişli şərait yaradacaq.