Ukraynadan nə qədər taxıl ixrac edilib?

Ukraynadan nə qədər taxıl ixrac edilib?
18 Avqust-17:03

Taxıl müqaviləsi bağlanan avqustun 1-dən bəri Ukraynadan 622 min tondan çox taxıl ixrac edilib.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqustun 1-dən indiyədək taxıl ixracına 43 gəmi cəlb olunub, onlardan 25-i Ukrayna limanlarını tərk edib, 18-i yükləmək üçün Ukrayna limanlarına yola düşüb.  Ukraynanın üç limanından - Odessa, Yujnıy və Çernomorskdən kənd təsərrüfatı məhsullarının daşınması humanitar dəhlizlə həyata keçirilir.