Ukraynanın nə qədər borcu var?

Ukraynanın nə qədər borcu var?
06 Oktyabr-18:10

Ukraynanın dövlət borcu avqust ayında 1,24 milyard dollar (1,28%) artaraq 98,03 milyard dollar təşkil edib.

"Margin.az" "Korrespondent"ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqust ayında birbaşa xarici borc bir ayda 53,44 milyard dollaradək, daxili borc isə 34,49 milyard dollaradək artıb. Eləcə də təminatlı dövlət borcunun 10,10 milyard dollar olduğu bildirilib.