Ukraynanın nə qədər borcu var?

Ukraynanın nə qədər borcu var?
23 Noyabr-18:30

Ukraynanın bu ay dövlət borcu 100 milyard dollara çatıb.

"Margin.az" "Unian"a istinadən xəbər verir ki, ölkənin borcu hərbi müdafiəni maliyyələşdirmək və digər aktual problemləri həll etmək zərurəti ilə bağlı artmaqda davam edəcək.

Məlumata görə, Rusiya ilə müharibənin davam etməsi fonunda Ukraynanın müdafiə və sosial sahədə xərcləri artır. Ukraynanın isə yalnız müttəfiq dövlətlərdən və beynəlxalq maliyyə qurumlarından maliyyə almaq imkanı var.

Maliyyə Nazirliyinin məlumatına görə, bu il Ukrayna beynəlxalq maliyyələşdirmənin təxminən 40%-ni (təxminən 10 milyard dollar) ödənişsiz əsaslarla alıb. Bildirilib ki, gələn il ölkənin maliyyə ehtiyacları təqribən 70 milyard dollara çatacaq ki, bunun da 35 milyard dolları borc götürülməlidir.

Nazirliyin açıqlamasına əsasən, bu ilin əvvəlindən bəri Ukraynaya ən çox ABŞ (13 milyard dollar) və Avropa İttifaqı (11,5 milyard dollar) dəstək verib.