İnkişaf etməkdə olan ölkələrin xarici dövlət borcuna xidmət tələblərini ödəmək üçün 310 milyard dollara ehtiyacları olacaq ki, bu da 2020-ci ilin sonunda xarici dövlət borcunun ödənilməmiş ehtiyatının 9,2%-nə bərabərdir.
“Margin.az” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) yenilənmiş “Ticarət və İnkişaf” hesabatında qeyd edilib.
Hesabatda, Ukrayna müharibəsi və ölkələrin son aylarda apardıqları makroiqtisadi siyasətlərdəki dəyişikliklər səbəbilə bu il üçün qlobal iqtisadi artım proqnozunu 3,6%-dən 2,6%-ə endirilib.
“Ərzaq və yanacağın qiymətlərinin yüksəlməsi, inkişaf etməkdə olan ölkələrdə ən həssas təbəqələrə dərhal təsir göstərəcək və gəlirlərinin çox hissəsini ərzağa xərcləyən ev təsərrüfatları üçün aclıq və çətinliklə nəticələnəcək”, - hesabatda qeyd edilib.