"Utair" bu il 8 milyon sərnişin daşımağı planlayır

21 İyul-13:42

"Utair" bu ilin sonuna qədər 8 milyon sərnişin daşımağı planlayır.

 “Margin.az” "TASS"a  istinadən xəbər verir ki, bu barədə hava yolu şirkətin rəhbəri  Andrey Martirosov məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ildə şirkət həm yerli, həm də beynəlxq uçuşlarda ümumilikdə,  8 milyon sərnişin daşıyıb. Hazırda isə beynəlxalq uçuşların az olmasına baxmayaraq, yerli uçuşlarla pandemiyadan əvvəlki göstəriciyə çatmağa hazırlaşır.

Əlavə edək ki, "Utair" Rusiyada  "Aeroflot", "S7" və "Ural Airlines"dan sonra 4-cü ən böyük hava yolu şirkətidir.