Azərbaycana bu ilin yanvar-oktyabr aylarında idxal edilən avtomobillərdən 368 ədədi (12,7 milyon dollar dəyərində) yalnız elektriklə işləyən (elektromobil) avtomobillər olub.
"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 10 ayında ölkənin elektromobil idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 262 ədəd, dəyər ifadəsində isə 5 dəfə artıb.
Hesabat dövründə Azərbaycanın ümumi avtomobil idxalına çəkdiyi xərc isə 829,3 milyon dollar təşkil edib.