Azərbaycanda sərnişin və yük daşımaları artıb

Azərbaycanda sərnişin və yük daşımaları artıb
15 Sentyabr-13:41

Azərbaycanda bu ilin yanvar-avqust ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,8% və 37,7% artıb.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 139,1 mln. ton yük daşınıb.

Məlumata görə, yüklərin 3,6%-i dəniz, 8,5%-i dəmir yolu, 0,2%-i hava, 57,2%-i avtomobil nəqliyyatı, 30,5%-i isə boru kəməri ilə daşınıb.

Bildirilib ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 11,9% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9% təşkil edib.

Cari ilin yanvar-avqust aylarında nəqliyyatçılar 1 024,9 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1%-i avtomobil nəqliyyatı, 12,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.