Azərbaycan qeyri-neft məhsullarını ən çox hansı ölkələrə satıb?

Azərbaycan qeyri-neft məhsullarını ən çox hansı ölkələrə satıb?
03 Dekabr-17:29

Azərbaycanın 2022-ci ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə ixracı 2,4 milyard ABŞ dolları təşkil edib.

"Margin.az" "İxrac icmalı"nın noyabr sayına istinadən xəbər verir ki, 2021-ci ilin on ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 16,2% artıb.

Bu dövrdə Azərbaycan qeyri-neft məhsullarını ən çox Rusiya (687 mln. dollar), Türkiyə (582,5 mln. dollar), Gürcüstan (164,4 mln. dollar), İsveçrə (152,6 mln. dollar) və Qazaxıstana (75 mln. dollar) ixrac edib.