Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən martın 1-nə qədər 10,4 milyard dollardan çox artıb.
"Margin.az" xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi" məlumat açıqlayıb.
İndeks, xüsusən şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır. Məlumata görə, bu il "Lukoil"in rəhbəri Vahid Ələkbərov (siyahıda 91-ci yerdədir) sərvətini ən çox artıran milyader olub. Onun sərvəti 2,43 milyard dollar artaraq 17,8 milyard dollara çatıb.
"Severstal"ın əsas səhmdarı Aleksey Mordaşovun (siyahıda 78-ci) sərvəti 1,54 milyard dollar artaraq 20,2 milyard dollara çatıb. "Novolipetsk Steel"in (NLMK) Direktorlar Şurasının sədri Vladimir Lisin (siyahıda 76-cı) sərvətini 905 milyon dollar artıraraq 20,8 milyard dollar yüksəldib.