Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.
"Margin.az" Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 96,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Mərkəzi Bank qeyd edib ki, hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbi ilə yığılmış tələblə əlaqədardır.