2023-cü ilin yanvar-fevral aylarında yeni nəsil NKA-lar (nəzarət kassa aparatları) vasitəsilə qeydə alınan dövriyyə 3,1 milyard manata yaxın olub.
"Margin.az" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.
Məlumata görə, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,4 milyondan çox istifadəçi qeydə alınıb. "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2023-cü ilin 1 mart tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 400,7 mln. manat, bu ilin yanvar-fevral ayları ərzində isə 24,7 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.