"Viator Mikro Kredit Azərbaycan"ın istiqrazları listinqə daxil edildi

23 Noyabr-19:00

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə noyabrın 21-də BOKT "Viator Mikro Kredit Azərbaycan" MMC-nin ümumi dəyəri 350 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib

Bu barədə "Margin.az" Birjaya istinadən xəbər verir.

Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 350 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 14%, tədavül müddəti 14%, kupon faizlərinin ödəniş müddəti hər 90 gündən birdir.

Yerləşdirmə üzrə anderrayter "Az-Finance İnvestisiya Şirkəti" QSC-dir.