“Xiaomi” Pekində illik istehsal gücü 300 min avtomobil olan elektrik avtomobil fabriki quracağını açıqlayıb.
“Margin.az” “Bloomberg”ə istinadən xəbər verir ki zavodun tikintisi iki mərhələdə aparılacaq və şirkətin avtomobil bölməsinin satış və tədqiqat ofisi də burada yerləşəcək.
“Xiaomi” yeni elektrikli avtomobil şirkətinə 10 il ərzində 10 milyard dollar sərmayə qoyacağını vəd edib.