Çinin "Xiaomi" şirkəti ilk insanabənzər robotu "CyberOne"u təqdim edib.
"Margin.az" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, robot gəzinti zamanı tarazlığı saxlaya bilir, həmçinin insan emosiyalarını tanıya bilir .İnsanabənzər robotun hündürlüyü 177 sm, qolunun uzunluğu 168 sm, çəkisi isə 52 kq-dır. Robot insan hərəkətlərini tamamilə təqlid etməyi bacarır.