"Xiaomi"nin mənfəəti 36% azalıb

19 May-16:06

Çinin smartfon istehsalçısı "Xiaomi"nin bu ilin birinci rübündə xalis mənfəəti 2,8 milyard yuan (417,9 milyon dollar) olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,1% azdır.

"Margin.az" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, yanvar-mart aylarında şirkətin gəliri 14,3% azalaraq 73,3 milyard yuan (10,9 milyard dollar) təşkil edib.  

Əlavə edək ki, "Xiaomi" şirkəti 2010-cu ildə yaradılıb və hazırda dünyanın ən böyük smartfon istehsalçılarından biridir.