"Xiaomi"nin xalis mənfəəti 59% azalıb

23 Noyabr-17:21

Dünyanın aparıcı smartfon istehsalçılarından biri olan Çinin "Xiaomi" şirkətinin bu ilin üçüncü rübündə xalis mənfəəti 2,11 milyard yuan (297,1 milyon dollar) təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59,1% azdır.

"Margin.az" xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.

Hesabat dövründə şirkətin gəliri isə 70,4 milyard yuan (9,9 milyard dollar) təşkil edib. Bu da illik müqayisədə 9,7% azalıb.

Cari ilin üçüncü rübündə "Xiaomi"nin smartfon satışından gəliri 0,6% artaraq 42,5 milyard yuan (5,9 milyard dollar) olub. Dövr ərzində şirkət dünya üzrə 40,2 milyon smartfon tədarük edib.