"Xiaomi"nin xalis mənfəəti 67% azalıb

19 Avqust-16:54

Dünyanın aparıcı smartfon istehsalçılarından biri olan Çinin "Xiaomi" şirkətinin bu ilin ikinci rübündə xalis mənfəəti 2,08 milyard yuan (305,8 milyon dollar) təşkil edib.

"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,1% azdır.

Əlavə edək ki, "Xiaomi" şirkəti 2010-cu ilin aprel ayında yaradılıb və hazırda dünyanın ən böyük smartfon istehsalçılarından biridir.