Yaponiya ABŞ-ı hərbi bazaları ilə bağlı xərclərini artırmağa dəvət edib

Yaponiya ABŞ-ı hərbi bazaları ilə bağlı xərclərini artırmağa dəvət edib
07 Dekabr-09:55

 Yaponiya hökuməti ABŞ-a ölkədəki hərbi bazalarının yerləşdirilməsi ilə bağlı xərclərini ildə 210-220 milyard yenaya (1,85-1,94 milyard dollar) qədər artırılmasını təklif edib.

"Margin.az" xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadi qəzeti "Nikkei" məlumat yayıb.

Bununla belə, ABŞ hələ də 250 milyard yen (2,2 milyard dollar) məbləğində qalmağı israr edir.

Əlavə edək ki, cari maliyyə ilində Yaponiya Amerika hərbi bazalarına 201,7 milyard yen (1,78 milyard dollar) ayırıb. Bu vəsaitlər əsasən kommunal xərclərin, obyektlərdə çalışan yerli vətəndaşların maaşlarının ödənilməsinə yönəldilir.