Yaponiya artan qiymətlərinin qarşısını almaq üçün 21 mlrd. dollar ayırır

Yaponiya artan qiymətlərinin qarşısını almaq üçün 21 mlrd. dollar ayırır
17 May-13:29

Yaponiya hökuməti artan enerji və ərzaq qiymətlərinin qarşısını almaq üçün 2,7 trilyon yen (21 milyard dollar) məbləğində əlavə büdcə layihəsi hazırlayıb.

"Margin.az" xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Baş naziri Kişida Fumio bu həftə ərzində 2,7 trilyon yen (21 milyard dollar) məbləğində əlavə büdcəni təsdiq edəcək.

Bununla da kökumət Rusiya-Ukrayna müharibəsindən sonra artan enerji və ərzaq qiymətləri qarşısını almağı planlaşdırır.

Bundan əlavə, ölkə neft tədarükçülərinə 2022-ci maliyyə ili üçün büdcədən 1,2 trilyon yen (9,2 milyard dollar) tranşla subsidiya veriləcək.