Yaponiya iqtisadiyyatı bu ilin üçüncü rübündə illik bazda 1,2% kiçilib.
"Margin.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti (Kantei) Yaponiyanın Ümumi Daxili Məhsulu (ÜDM) ilə bağlı ilkin maliyyə məlumatlarını açıqlayıb.
- Yaponiya iqtisadiyyatı böyüyüb
-
“Moodys”: Yaponiya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəsinə tezliklə çatacaq
Məlumata görə, bu ilin üçüncü rübündə ölkə iqtisadiyyatı ikinci rübü ilə müqayisədə 0,3% kiçilib. İqtisadi azalmaya səbəb ölkədə istehlakın azalması və idxalın artmasıdır. Sözügedən dövrdə Yaponiyanın idxalı 5,2%, ixracı isə 1,9% artıb.