Yaponiyada benzinin qiyməti son yeddi ilin ən yüksək səviyyəsində çatıb

Yaponiyada benzinin qiyməti son yeddi ilin ən yüksək səviyyəsində çatıb
13 Oktyabr-15:53

Yaponiyada benzinin bir litrinin qiyməti oktyabrın 11-də 162,1 yen (1,42 dollardan çox) olub. Bu göstərici, son yeddi ilin ən yüksək səviyyəsi hesab olunur.

"Margin.az" xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Məlumata görə, Yaponiyada benzin qiymətlərinin artmasına səbəb neft qiymətlərinin bahalaşması ilə əlaqəlidir. Yaponiya hökuməti neftin qiymətinin artması səbəbilə sahibkarların və sadə vətəndaşların gəlirlərinin azalması ilə bağlı narahatlığını bildirib.