"Yengicə" su anbarının tikintisinə 54 mln. manat xərclənəcək

24 Noyabr-15:38

Tikilməkdə Olan Melİorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Qəbələ rayonunu kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə "Yengicə su anbarının tikintisi" ilə bağlı elan tenderin qalibini açıqlayıb.

"Margin.az" xəbər verir ki, tenderin qalibi "Suryapı AZ" MMC və "Sur Yapı Endüstri Sanayi və Ticarət Anonim şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi" birgə müəssisəsi olub.

Məlumata görə, şirkətlə 53 milyon 997 min manat məbləğində müqavilə imzalanıb.