Yol nişanı üzrə illik hədəfin 57%-i icra edilib

Yol nişanı üzrə illik hədəfin 57%-i icra edilib
14 Sentyabr-13:54

"Ötən 8 ay ərzində yol hərəkəti təhlükəsizliyinin artırılması çərçivəsində paytaxtın küçə və prospektlərində 3 200-ə yaxın yol nişanı quraşdırılıb".

“Margin.az” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli "Twitter" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bu müddətdə yol nişanları ilə bağlı 112 vətəndaş müraciəti təmin olunub: “Yol nişanı üzrə illik hədəfin 57%-i icra edilib”.