“Zara”, “Massimo Dutti” və “Stradivarius” markaları Rusiyada fəliyyətini dayandırıb

“Zara”, “Massimo Dutti” və “Stradivarius” markaları Rusiyada fəliyyətini dayandırıb
05 Mart-17:21

İspaniyanın “Inditex” tekstil şirkəti Ukraynada hərbi əməliyyatlara başladığı üçün Rusiyanı boykot edib və bu ölkə fəaliyyətlərini müvəqqəti dayandırıb.

“Margin.az” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Zara”, “Massimo Dutti”, “Oysho”, “Pull&Bear”, “Uterqüe”, “Lefties”, “Stradivarius”  markalarının daxil olduğu “Inditex” Rusiyadakı 502 mağazasını bağlayıb.

Son bir həftədə Rusiyanı boykot etmək qərarına gələn beynəlxalq şirkətlər arasında “Mango”, “H&M”, “Ikea”, “Volkswagen”, “Nike”, “Apple”, “Volvo”, “Daimler”, “Netflix”, “Disney”, “MSC” və “Maersk” var.