Zəlzələ Türkiyəyə nə qədər ziyan vurub?

Zəlzələ Türkiyəyə nə qədər ziyan vurub?
08 Mart-17:33

Türkiyədə fevral ayında baş verən zəlzələlərin ölkə iqtisadiyyatına vurduğu zərər 100 milyard dolları ötə bilər.

"Margin.az" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Türkiyədəki nümayəndəsi Luiza Vinton Luiza Vinton brifinqdə bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində bölgədə 2,7 milyon insan didərgin düşüb, 600 minə yaxın bina və ya iş yeri dağılıb: "Hesablamalara görə, hökumətin təqdim etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən zərərin məbləğinin 100 milyard dolları keçəcəyi təxmin edilir".