Zəlzələlər Türkiyə iqtisadiyyatına 80 milyard dollara başa gələ bilər

Zəlzələlər Türkiyə iqtisadiyyatına 80 milyard dollara başa gələ bilər
09 Mart-14:17

"Türkiyədə fevral ayında baş verən zəlzələlərin zərəri təxminən 80 milyard dollardır".

"Margin.az" xəbə verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahid Kirişçi bildirib.

"Təkcə zəlzələlər nəticəsində Su Ehtiyatları İdarəsinə dəyən zərər 22 milyard lirə (1,15 milyard dollar) təşkil edir. Bu vilayətlərin Türkiyə ixracatının ümumi həcmində payı təxminən 15,5% təşkil edir. Zəlzələlərdən sonra bu bölgələr ixrac üçün 40% daha az məhsul istehsal etməyə başlayıblar", - nazir vurğulayıb.