20 obyektdə epidemiya əleyhinə rejim pozulub

20-obyektde-epidemiya-eleyhine-rejim-pozulub
10:36 - 27 Noyabr

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Margin xəbər verir ki,  keçirilən monitorinqlər zamanı ümumilikdə 20 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.