ABŞ-da işsizlik səviyyəsi kəskin artıb

abs-da-issizlik-seviyyesi-keskin-artib
09:25 - 16 Oktyabr

Dünyada Covid-19 pandemiyasının yenidən sürətlənməsi səbəbi ilə ABŞ-dakı işsizlik göstəriciləri avqust ayından bəri ən yüksək səviyyəyə çatıb.

Margin xəbər verir ki,4-10 oktyabr tarixlərində işsizlik müavinəti üçün ilk müraciətlərin sayı 898 min təşkil edib ki, bu da bir həftə əvvələ nisbətən 53 min çoxdur.

İqtisadçılar bildirir ki, getdikcə daha çox sakin standart federal müavinətlərdən koronavirus pandemiyasının nəticələrinə qarşı mübarizə aparmaq üçün hazırlanmış xüsusi yardım proqramına keçir. Proqram 13 həftə ərzində ödənilən müavinətlərdən ibarətdir.

 Həmçinin, işsizlik səviyyəsinin yaxın zamanda aviaşirkətlərdə və qida müəssisələrində kəskin işçi ixtisarlarına görə artacağı gözlənilir.