ABŞ-ın fond indeksləri azalıb

abs-in-fond-indeksleri-azalib
09:06 - 16 Oktyabr

Amerika iqtisadiyyatını yenidən bərpa olunması üçün tədbirlər paketinin qəbul edilməsi ilə bağlı qeyri-müəyyənlik və yaxınlaşan prezident seçkiləri Nyu-York Fond Birjasında keçirilən hərracda əsas indekslərin azalmasına səbəb olub.

Margin” xəbər verir ki, Amerika fond bazarında Dow Jones indeksi 0,07% ucuzlaşaraq 28 494,20 bənd, S&P 500 0,15% azalaraq 3 483,34 bənd, Nasdaq isə 0,47% geriləyərək 11 713,87 bənd təşkil edib.

Qeyd edək ki, bugünki hərraclarda “WTI” markalı neft 0,29 faiz ucuzlaşaraq 40,99 ABŞ dollarından satılıb. Qızılın bir unsiyasının qiyməti 0,24% bahalaşaraq 1 911,95 dollar olub.