ABŞ prezidenti Co Bayden İrana qarşı sanksiyaları bir il daha uzadıb.
"Margin" xəbər verir ki, ABŞ prezidenti Co Bayden İrana qarşı 1995-ci ildən bəri qüvvədə olan sanksiyaların bir il uzadılması barədə qərar verib.
Bəyanatda qeyd edilib:"İran Hökumətinin siyasəti və terror qruplarına dəstəyi ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid yaratmağa davam edir. Bu səbəblərdən 1995-ci ilin martın 15-də elan edilmiş milli fövqəladə vəziyyət 2021-ci ilin martın 15-dən sonra da qüvvədə qalmalıdır".
Əlavə edək ki, İrana münasibətdə ABŞ-ın sanksiyaları 1995-ci ilin martında ABŞ-ın keçmiş prezidenti Bill Klinton tərəfindən elan edilib.