ABŞ neft platformalarının sayı sabit qalıb

abs-neft-platformalarinin-sayi-sabit-qalib
18:03 - 10 Aprel

ABŞ-da neft sənayesi və xam neft istehsalının əsas göstəriciləri sayılan neft platformalarının sayı bu həftə dəyişməz qalıb.

"Margin.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə neft sənayesi xidmətləri şirkəti "Baker Hughes" açıqlayıb.

Məlumata görə, ABŞ-dakı neft platformalarının sayı 3-7 aprel tarixlərində əvvəlki həftə də olduğu kimi 337 olaraq qalıb. Bu da neft qiymətlərinin ucuzlaşmasına səbəb olub.