ABŞ prezidenti 29 ildən sonra Azərbaycana hərbi yardım göstərilməsinə icazə verib

abs-prezidenti-29-ilden-sonra-azerbaycana-herbi-yardim-gosterilmesine-icaze-verib
11:21 - 04 May

ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib.

"Margin.az" "Asbarez"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, Co Bayden Konqresi 907-ci düzəlişin dayandırılması müddətinin uzadıb. Administrasiya Azərbaycana qarşı Konqresin bu qərarından imtina edib: "Ediləcək hərbi yardım Qarabağın nizamlanması ilə bağlı danışıqlara mane olmayacaq və ya Ermənistana qarşı istifadə edilməyəcək. ABŞ-ın köməyi ölkəmizin beynəlxalq terrorizmə qarşı səylərini, habelə ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmə qarşı mübarizə əməliyyatlarına hazırlığını dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, ABŞ-ın köməyi Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdir"

Co Bayden hələ prezident seçilmədiyi bir dövrdə - ötən ilin oktyabrında Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi zamanı Azərbaycana hərbi texnikanın dayandırılması üçün "Azadlığa Dəstək" Aktının 907-ci maddəsini qəbul edəcəyini ifadə edib. Hansı ki, ABŞ bu qanunu tam yerinə yetirməli və imtina etməməli idi.

Əlavə edək ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan qaydadır.