“Ağ Finans” 30 min manatlıq tenderin qalibi olub

ag-finans-30-min-manatliq-tenderin-qalibi-olub
16:07 - 13 Yanvar

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” (BİRGƏ) MMC maliyyə və məsləhət xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Margin" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Ağ Finans” MMC-dir. Qalib şirkətə 30 min manat ödəniləcək.