Aİ və ABŞ gömrük rüsumlarını qarşılıqlı şəkildə azaldacaq

ai-ve-abs--gomruk-rusumlarini-qarsiliqli-sekilde-azaldacaq
12:56 - 27 Noyabr

Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında 20 ildə ilk dəfə olaraq malların kiçik bir dövriyyəsini əhatə edən gömrük rüsumlarının azaldılmasına dair sazişi təsdiqləyib.

"Margin" xəbər verir ki , bu barədə məlumat Avropa Parlamentinin açıqlayıb.

Açıqlamada qeyd olunub ki, Parlament 638 səslə sazişi dəstəkləyib, 45 səs sazişin əleyhinə verilib və 11 deputat bitərəf olub.

Avropa Parlamenti bu sazişin konstruktiv transatlantik qarşılıqlı əlaqənin bərpası üçün əsas ola biləcəyini qeyd edir.

Qeyd edək ki, ABŞ və Aİ arasındakı ticarət əlaqələri hazırda qənaətbəxş deyil. 2018-ci ilin birinci yarısında ABŞ Aİ-yə qarşı polad və alüminium məhsullarının idxalına müvafiq olaraq 25% və 10% rüsumlar tətbiq edib. Aİ buna cavab olaraq analoji addım atıb.