Almaniya 2022-ci ilin sonuna qədər nüvə enerjisindən istifadəni dayandıracaq

almaniya-2022-ci-ilin-sonuna-qeder-nuve-enerjisinden-istifadeni-dayandiracaq
17:53 - 06 Mart

Almaniya hökuməti nüvə elektrik stansiyalarının erkən dayandırılması üçün dörd kommunal şirkətlə 2.4 milyard avro təzminat alacaqları barədə razılığa gəlib.

"Margin" "AP News"a istinadən xəbər verir ki, Almaniya 2022-ci ilin sonuna qədər nüvə enerjisindən istifadəni dayandırmağa hazırlaşır. Hələ də istifadə olunan altı nüvə elektrik stansiyasının işləmə müddəti bitmədən dayandırılması lazımdır. Bəzi kommunal şirkətlər, itirilmiş investisiyalar və stansiyalardan çıxara bilmədikləri elektrik enerjisi üçün təzminat almaları lazım olduğunu iddia edərək, Alman hökumətini məhkəməyə veriblər. Buna görə də hökumət nüvə elektrik stansiyalarının erkən dayandırılması üçün dörd kommunal şirkətlə 2.4 milyard avro təzminat alacaqları barədə razılığa gəlib.

Federal Statistika İdarəsinin hesabatına görə, külək enerjisi 2020-ci ildə Almaniyada ən yüksək elektrik enerji mənbəyinə çevrilib. Belə ki, külək enerjisi elektrik enerjisinin 25,6%-i, kömür 24,8%-i, nüvə enerjisi isə 12,1%-i təşkil edib.