Almaniya iqtisadiyyatı birinci rübdə azalacaq

almaniya-iqtisadiyyati-birinci-rubde-azalacaq
10:20 - 23 Fevral

Almaniya iqtisadiyyatı Covid-19 pandemiyasının yayılmasının qarşısını alan sərt məhdudiyyətlər səbəbiylə birinci rübdə azaəacaq.

"Margin" xəbər verir ki, bu barədə Almaniya Mərkəzi Bankı (Bundesbank) açıqlayıb.

Məlumata görə, Almaniyanın iqtisadiyyatı 2021-ci ilin birinci rübündə nəzərəçarpacaq dərəcədə azalacaq, ancaq ikinci rübdə peyvəndləmə prosesinin sürətlənməsi ilə iqtisadiyyat artacaq.

Əlavə edək ki, Almaniya iqtisadiyyatı koronavirus böhranı səbəbiylə 2020-ci ildə 5% azalıb və iqtisadiyyatın 10 ildir davam edən böyümə tendensiyası sona çatıb.