AMB: "500 manatlıq pul nişanının tədavülə buraxılması haqda yayılan məlumatlar yalandır"

amb-500-manatliq-pul-nisaninin-tedavule-buraxilmasi-haqda-yayilan-melumatlar-yalandir
17:02 - 22 Yanvar

Sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq “kağız pul nişanının” təsvirləri yayılıb. 

"Margin"  xəbər verir ki, bu barədə  AMB məlumat yayıb. Məlumatda bildirilib  ki, Azərbaycan Respublikasının Konstitusiyasının və “Mərkəzi Bank Haqqında” Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir: "Bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmamış və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyildir. Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq".