Asiyada təbii qazın qiyməti rekord səviyyəyə yüksəlib

asiyada-tebii-qazin-qiymeti-rekord-seviyyeye-yukselib
16:27 - 22 Yanvar

Asiyada artan enerji tələbatı təbii qaz qiymətlərini rekord səviyyəyə çatdırıb.

“Margin” xəbər verir ki, son illərin ən soyuq qışını yaşayan Asiya ölkələrində enerji tələbatı kəskin şəkildə artmağa başlayıb. Buna görə də bu bölgədə mövsümi enerji böhranı yaşanıb. Xüsusilə,Yaponiyada artan elektrik istehlakını və aşağı qaz ehtiyatını qarşılamaq üçün nüvə potensialının az olması nəticəsində təbii qaza (LNG) olan tələb artıb. Buna görə də Asiyada tədarük problemləri səbəbi ilə təbii qazın qiyməti bu ay təxminən 16 dəfə artaraq tarixin ən yüksək səviyyəsinə çatıb.

Yaponiyadakı bu vəziyyət 2011-ci ildə baş verən Fukuşima nüvə qəzasından sonra ən böyük böhran kimi qiymətləndirilsə də, ölkənin artan elektrik tələbatını ödəmək üçün neftlə işləyən elektrik stansiyalarının payının artacağı proqnozlaşdırılır.