Avropa İttifaqında dəniz enerjisi istehsalının kəskin artırılması planlaşdırılır

avropa-ittifaqinda-deniz-enerjisi-istehsalinin-keskin-artirilmasi-planlasdirilir
17:21 - 19 Noyabr

Avropa Komissiyası təxminən 1 trilyon avro sərmayə yatıraraq, 2050-ci ilədək Avropa İttifaqında (Aİ) dəniz elektrik stansiyalarının gücünü on qat artırmağı təklif edir.

"Margin" xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının dərc etdiyi materiallarında qeyd olub.

Məlumata əsasən, Avropa İttifaqının 2050-ci ilədək iqlim neytrallığı hədəfinə çatmasına kömək etmək üçün Avropa Komissiyası bu gün Aİ-nin bərpa olunan dəniz enerji strategiyasını təqdim edir. Strategiya Avropadakı dəniz külək enerjisinin tutumunu mövcud 12 GW səviyyəsindən 2030-cu ilədək ən az 60 GW-a qədər, 2050-ci ilədək isə 300 GW-a qədər artırmağı təklif edir.

Bununla yanaşı, okean enerjisinin istehsalının da təxminən 40 GW-dək artırılması təklif olunur. Bildirilir ki, hədəflərə çatmaq üçün 2050-ci ilədək olan dövrdə təxminən 800 milyard avroluq sərmayə tələb olunacaq.