Avropada avtomobil satışları 1,1 %  artıb

avropada-avtomobil-satislari-11--artib
12:22 - 16 Oktyabr

Sentyabr ayında Avropada avtomobil satışları  illik müqayisədə 1,1%  artıb.

Marginxəbər verir ki, bu haqda məlumatı Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) bildirib. Statistikasaya əsasən, Avropada yeni avtomobillərə tələb artmağa başlayıb və bu da avtomobil sektorunun sürətlə bərpa olmasına təsir edir.

Bildirilir ki, təkcə sentyabr ayında Avropa ölkələri arasında avtomobil satışlarının illik müqayisədə ən kəskin artımı Rumıniyada (79,9%), ən güclü azalma isə Bolqarıstanda (27,7%) qeydə alınıb.

Ümumi hesabata görə, İngiltərə və Avropa Azad Ticarət Birliyi (AATB) ölkələrində yeni avtomobil qeydiyyatı illik müqayisədə 1,1% artaraq 1,3 milyon avtomobil təşkil edib.