Avropada "PSA Group"-un satışları 12% azalıb

avropada-psa-group-un-satislari--12-azalib
17:17 - 16 Oktyabr

2020-ci ilin sentyabr ayında "Peugeot", "Citroen", "Opel", "Vauxhall" və DS avtomobillərinin istehsalçısı olan "PSA Group" şirkətinin Avropada 11,8% azalaraq 140 970 təşkil edib.

"Margin" xəbər verir ki, bu barədə məlumat Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) hesabatında bildirilir.

Yanvar-sentyabr aylarında "PSA Group" Avropa bazarında 1 079 589 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,8% azdır. Avtomobil istehsalçısının bazardakı payı sentyabrda ötən ilin eyni ayı ilə müqayisədə 2,5 faiz bəndi azalaraq 15,1% təşkil edib.