Avropanın ən böyük iqtisadiyyatı 3% böyüyəcək

avropanin-en-boyuk-iqtisadiyyati-3-boyuyecek
15:50 - 22 Yanvar

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı bu il 3% böyüyəcək.

"Margin""Reuters"ə istinadən xəbər verir ki, bu haqda məlumatı Almaniya höküməti bildirib.  Məlumata görə sərt karantin qaydalarının tətbiq edilməsiylə ötən ilin payız aylarında iqtisadiyyat 4.4% azalıb.

Ölkədə noyabr ayında sərt karantin qaydaları tətbiq etdikdən sonra dekabr və yanvar aylarında iqtisadiyyat, xüsusən, pərakəndə satış və turizm sənayesi ciddi ziyan görüb. Bütün bunlara baxmayaraq, hökümət bu il iqtisadiyyatda 3% artım proqnozlaşdırıb.

Əlavə edək ki , Almaniyanın İqtisadiyyat naziri Peter Altmaier hökumətin gələn həftə rəsmi proqnozunu təqdim etməlidir.