Avtomobil benzinin istehsalı 10% azalıb, dizel istehsalı isə 6% artıb

avtomobil-benzinin-istehsali-10-azalib-dizel-istehsali-ise-6-artib
16:03 - 10 İyun

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1198,8 milyon manat olub.

“Margin.az” xəbər verir ki, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,4 faiz azdır. Neft məhsullarından sürtkü yağlarının istehsalı 91,3 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 35,0 faiz, neft koksunun istehsalı 13.8 faiz, dizel yanacağının istehsalı 6,0 faiz artıb.

Neft bitumunun istehsalı 14,8 faiz, avtomobil benzininin istehsalı 10,0 faiz, ağ neftin istehsalı 20,3 faiz, yanacaq mazutunun istehsalı 27,1 faiz azalıb.