Azərbaycan Britaniya Kollecinin şagirdlərinin məzun günü keçirilib

azerbaycan-britaniya-kollecinin-sagirdlerinin-mezun-gunu-kecirilib
18:43 - 10 İyun

İyunun 10-da Azərbaycan Britaniya Kollecinin 13-cü sinif şagirdlərinin məzun günü tədbiri keçirilib.

"Margin.az" xəbər verir ki, tədbir Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarpın şəxsi iqamətgahında baş tutub. Bu il ABC-dən məzun adını qazanmış 13 şagird dünyanın müxtəlif nüfuzlu universitetlərinə qəbul olub. Tədbiri açıq elan edən Böyük Britaniyanın Azərbaycandakı səfiri  Ceyms Şarp öz ürək sözlərini məzunlara çatdırıb. Təhsilin şagirdlərin gələcək həyatındakı mühüm rolundan bəhs edib. Daha sonra SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri İlkin Aslanov çıxış edərək, şagirdləri təbrik edib.

Eyyubov Səid çıxış edərək, öz məzun yoldaşlarını təbrik edib və onları daim irəli getməyə, daha uca zirvələrə çatmağa arzulayıb. Bu il "ABC"dən 13 şagird məzun olub. Onlardan Dinana Maşevskaya 2 illik "A level" kursunu 1 il ərzində tamamlayaraq, "Amsterdam" Universitetinin biznesin idarəolunması fakultəsinə qəbul olub. Salar Ardebili, məktəbin Tələbə Şurasının xəzinədarı vəzifəsində çalışıb, bilik yarışmasında qızıl medal qazanıb və Londonun "Brunel" Universitetinə Mexaniki mühəndislik fakültəsinə qəbul olub. Morokkodan məktəbimizə qəbul olmuş Anastazja Bazus Londonun "Queen Mary" Universitetinin ingilis və fransız hüquq fakultəsinə qəbul olub.

Eyyubov Səid “2017 Genius Global Environmental Issues and US Olympiad” Olimpiadasında qızıl medal qazanıb. Səid Böyük Britaniyanın bir sıra nüfuzlu universitetlərdindən qəbul təklifi alsa da, təhsilini Amerikanın nüfuzlu universiteti olan "Berkeley" universitetində mexanika mühəndisliyi fakültəsinə qəbul olub. Luis Enrike Julia Lander məktəbimizə Çilidən qəbul olub. "Exeter" Universitetində beynəlxalq siyasət və film fakültəsinə qəbul olub. Tələbə şurasında xəbərlər üzrə menecer vəzifəsində çalışmış, bilik yarışmasında qızıl medal qazanmış Əlixanlı Əsmər "Vita Salute San Raffaelle" Universitetinin beynəlxalq tibb fakültəsinə qəbul alıb. Nəzrin Dadaşlı, Tələbə Şurasında vitse-president vəzifəsində çalışıb, tədbirlərin təşkil olunması üzrə kordinator olub və bilik yarışmasında qızıl medala layiq görülüb. Nəzrin "Newfoundland Memorial" Universitetinin Dəqiq elmlər fakültəsinə qəbul olub. Tələbə Şurasının prezidenti olmuş, 3 dəfə bilik yarışmasında qızıl medal qazanıb. Cavid Quliyev Kanadanın prestijli universiteti olan "Toronto" Universitetinin sənət və elm fakültəsinə qəbul olub. "ABC"nin çalışqan şagirdlərindən olan Ülvi Ələsgərov "Charles" Universitetiinin tibb fakültəsinə qəbul olub. Bilik yarışmasında qızıl medal qazanmış Kənan Mirzoyev "Vita Salute San Raffaelle" Universitetinin tibb fakültəsinə daxil olub. 2014-cü ildən "ABC"nin şagirdi olan Ceren Tasbag Türkiyənin nüfuzlu universiteti olan "Koç" Universitetinin molekulyar biologiya və genetika ixtisasına qəbul olub. Alika Gadjiyeva, 2014-cü ildən "ABC"də təhsil alır və "Concordia" Uniersitetinin siyasi elmlər fakültəsinə daxil olub. "ABC"nin daha bir istedadlı şagirdi olan Ayan Həmidova Türkiyənin "Bilkent" və "ODTÜ" Universitetlərinə molekulyar miologiya ixtisasına müraciət edib və nəticələri gözləyir.

Məzun gününün digər qonağı Britaniya Konsulluğunun İngilis dili və Təhsil departamentinin rəhbəri Nərgiz Hüseynova çıxış edərək, şagirdlərimizə gələcək həyatlarında uğurlar arzulayıb və bundan da gözəl nailiyyətlər qazanmağı diləyib. Məktəbin direktoru Karl Lander çıxış edərək, şagirdləri təbrik edib, dünyanın nüfuzlu universitetlərinə qəbul olduqlarına görə uğurlar arzu edib.

Sonda bağlanış çıxışı edən məzunumuz Cavid Quliyev ABC-də şagird olduqları dövlərlə bağlı xoş xatirələrini paylaşıb və onların həyatında əvəzedilməz rolu olan müəllimlərinə təşəkkürünü bildirib. Sonda məzunlarla xatirə şəkilləri çəkilib.