Azərbaycan mayda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib

azerbaycan-mayda-opec-plus-uzre-ohdeliyini-yerine-yetirib
16:12 - 10 İyun

Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı bu ilin may ayında 674 min barel olub. Bunun 586 min barelini xam neft, 88 min barrelini isə kondensat təşkil edib.

Bu barədə "Margin.az"a Energetika Nazirliyindən məlumat verilib.

Əlavə edək ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin may ayında 603 min barrel, iyun ayında 610 min barrel, iyul ayında isə 620 min barrel səviyyəsində saxlanılması müəyyənləşib.