Azərbaycan Mərkəzi Bankı 218 milyon avroya bina tikdirir

azerbaycan-merkezi-banki-218-milyon-avroya-bina-tikdirir
15:10 - 13 Yanvar

Türkiyənin "Tekfen İnşaat" şirkəti 218 milyon avroluq layihə dəyəri olan Azərbaycan Mərkəzi Bankının inzibati binasının inşası üçün müqavilə imzaladığını açıqlayıb.

"Margin" Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu) istinadən xəbər verir ki, "Tekfen Holdinq" verdiyi açıqlamada lahiyənin mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.