Azərbaycan poliolefinlərinin 40%-i Rusiyaya ixrac olunur

azerbaycan-poliolefinlerinin-40-i-rusiyaya-ixrac-olunur
16:20 - 07 Aprel

Socar Polymer polipropileninin (PP) Rusiyaya tədarükünə yanvar ayında, polietilenin (PE) isə fevral ayında başlayıb. Ümumilikdə, bu ilin birinci rübündə Sumqayıt stansiyasından Noginskə (Moskva bölgəsi) 2,6 min ton PP və 2,3 min ton polietilenin göndərilib.

"Margin.az" xəbər verir ki, bu barədə "Argusmedia" açıqlayıb. Məlumata görə, Socar Rusiya bazarını PP kopolimerlərinin enjeksiyon və Socar Polymer tərəfindən istehsal olunan aşağı təzyiqli polietilenin (HDPE) enjeksiyon sinifləri ilə təmin edir. Azərbaycan poliolefinlərinin 40%-i Rusiyaya ixrac olunur. Bazar iştirakçılarına görə, SOCAR polimerləri Türkiyə, Çin və Qazaxıstana da ixrac edir.

Əlavə edək ki, bu il SOCAR ilk dəfə Polymer poliolefinləri Rusiya bazarına dəmir yolu ilə göndərilməsinə başlayıb.