Azərbaycanda benzinin qiyməti Rusiyadan baha, Avropadan ucuzdur

azerbaycanda-benzinin-qiymeti-rusiyadan-baha-avropadan-ucuzdur
15:03 - 07 Aprel

Beynəlxalq reytinq agentliyi "Fitch" dünyada ən ucuz benzinin Rusiyada olduğunu açıqlayıb. Belə ki, son illərdə yanacaqdoldurma məntəqələrində benzinin qiyməti ölkədəki ümumi inflyasiya səviyyəsindən daha yavaş artır.

"Margin.az" xəbər verir ki, bu barədə "Fitch"in Təbii Sərvətlər və Əmtəə Qrupunun direktoru Slava Demçenko açıqlayıb. Məlumata görə, ölkədə son illərdə benzin qiymətləri ümumi inflyasiya səviyyəsindən az artır və buna görə də benzin qiymətləri çox aşağıdır.

Rusiyada yanacaqdoldurma məntəqəsində Aİ-92 benzinin bir litrinin qiyməti 98 qəpikdir (44,89 rubl). Neft istehsalında dünyada lider olan ABŞ-da Aİ-92 benzinin bir litri 1,39 qəpik (63,61 rubl), Çində 1,85 qəpik (84,18 rubl), Kanadada 1,89 qəpik (86,44 rubl), Almaniya 2,80 (126,76 rubl), Fransada 2,97 (135,53 rubl) və Norveçdə isə 3.30 qəpikdir (150.49 rubl).